Balakəndə bu günədək vətəndaşlara 98 min dozadan çox vaksin vurulub
Balakən, 18 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir.
Prosesə başlandığı gündən indiyədək Balakən rayonu üzrə vətəndaşlara 98 min 430 doza vaksin vurulub.
Rayon icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 51 min 663 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 40 min 52 nəfərdir.
Eyni zamanda, Balakəndə bu günədək 6 min 715 nəfərə “buster” doza vaksin vurulub.