Balakənli məzunlardan 15 nəfəri qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib
Balakən, 21 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Balakəndə tam orta məktəbi bitirən 646 məzundan 399-u ali məktəblərə daxil olmaq üçün sənəd verib. Qəbul imtahanlarında onlardan 42 nəfəri 500 baldan, o cümlədən 15 nəfər 600 baldan yuxarı nəticə göstərib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Təhsil Şöbəsindən məlumat verilib.
Bildirilib ki, qəbul imtahanlarında Balakən şəhər 1 saylı tam orta məktəbin məzunu Məhəmməd Əzizov rayon üzrə hamıdan çox - 673 bal toplayıb. Katex kənd 3 saylı tam orta məktəbin məzunu Aytən Qaraisayeva imtahanlarda 663, şəhər 1 saylı tam orta məktəbin məzunu Ariza Puçaxova və Balakən Humanitar və texniki təmayüllü liseyin məzunu Nurlan Telliyev isə 657 bal toplamağa müvəffəq olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [21:56]
Şamaxıda yol qəzası ölümlə nəticələnib
- 30.09.2026 [19:57]