“BALAXANINEFT” NQÇİ 134 QUYUDA ƏSASLI TƏMİR APARMIŞDIR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, “Balaxanı-Sabunçu-Ramana” yatağında yeni quyular qazılmaqla yanaşı, köhnə quyuların təmirinə də xüsusi diqqət yetirilir.
Yatağın işlənməsini həyata keçirən “Balaxanıneft” NQÇİ-nin kollektivi bu ilin 7 ayında proqnozda nəzərdə tutulan 128 quyu əvəzinə 134 quyuda əsaslı təmir aparmışdır. Nəticədə yataqdan 5.097 ton neft (planlaşdırılandan 1.517 ton artıq) alınmışdır.
Təmir işləri NQÇİ-nin quyuların yeraltı və əsaslı təmiri sexi tərəfindən həyata keçirilmişdir. Son 7 ayda fəaliyyətsiz fonddan 12 quyu istismara verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]