Baltikyanı ölkələr digər dövlətlərlə hava uçuşlarını bərpa etmək barədə razılığa gəliblər
Riqa, 21 may, AZƏRTAC
Baltikyanı ölkələr digər dövlətlərlə hava uçuşlarını həmin ölkələrdə koronavirus pandemiyasına yoluxanların ümumi sayına əsaslanaraq bərpa edəcəkləri barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Latviyanın “LETA” informasiya agentliyi yayıb.
Latviya Səhiyyə naziri İlze Vinkele söyləyib ki, virus 14 gün ərzində hər 100 min nəfərə 25 yoluxma halını aşmamalıdır.
Latviyanın Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin rəqəmlərinə əsasən, ölkədə hazırda hər 100 min nəfər əhaliyə 6 yoluxma halı düşür.
Bildirilib ki, aprel ayının əvvəllərində epidemiyanın ən yüksək həddində Latviyada hər 100 min nəfər əhaliyə 20,7 yoluxma faktı qeydə alınıb.
Baltikyanı ölkələrə digər ölkələrdən gələn bütün səyahətçilər üçün 14 günlük karantin rejimi əvvəlkitək qüvvədə qalır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [23:47]
ABŞ-də B-52 strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb
- 15.06.2026 [23:25]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]