BANM-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edilib
Bakı, 29 dekabr, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Tədbirin rəsmi hissəsində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov kollektivi və tələbələri əlamətdar günlər münasibətilə təbrik edərək yeni ildə onlara uğurlar arzulayıb.
Rektor çıxışında 2025-ci ilin Bakı Ali Neft Məktəbi üçün xüsusilə uğurlu və əlamətdar olduğunu vurğulayıb, bu ildə qazanılan bir sıra nailiyyətləri qeyd edib.
Bayram tədbiri çərçivəsində lotereya şans oyunu keçirilib, proqram “Aynabənd” qrupunun ifası ilə davam edib.