BANM ilə Ankara Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib



Bakı, 19 fevral, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) İnzibati – təsərrüfat işləri üzrə prorektoru Oktay Rzayev və Tədbirlərin və sərgilərin təşkili şöbəsinin rəisi Sahib Kazımov Türkiyəyə səfər ediblər.
Bu barədə AZƏRTAC-a ali məktəbdən məlumat verilib.
Onlar səfər çərçivəsində Ankara Universitetinin Mühəndislik fakültəsi nəzdində fəaliyyət göstərən Geologiya mühəndisliyi kafedrası, Yer Elmləri üzrə Araşdırma və Tətbiq Mərkəzində olublar.
BANM-in nümayəndələri rektor professor Necdet Ünüvar və prorektor Yusuf Kağan Kadıoğlu ilə görüşərək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Qarşılıqlı potensial əməkdaşlıq istiqamətləri dəyərləndirilib.