BANM “Onlayn təhsil və biliyin qiymətləndirilməsi: çağırışlar və imkanlar” mövzusunda vebinar keçirəcək
Bakı, 24 iyul, AZƏRTAC
Bakı Ali Neft Məktəbi (BANM), İstanbul Texniki Universiteti (İTU) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə COVID-19 pandemiyası dövründə “Onlayn təhsil və biliyin qiymətləndirilməsi: çağırışlar və imkanlar” mövzusunda vebinar keçiriləcək.
BANM-dən AZƏRTAC-a bildirilib ki, “Zoom” platforması üzərindən təşkil olunacaq vebinarda pandemiya dövründə məsafədən tədrisin və onlayn qiymətləndirmənin keyfiyyətli şəkildə təşkili ilə bağlı təqdimatlar olacaq və fikir mübadiləsi aparılacaq.
Onlayn tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, İstanbul Texniki Universitetinin rektoru Mehmet Karaca, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş katibi Eden Mamut açılış nitqi ilə çıxış edəcəklər. İstanbul Texniki Universitetinin tədris işləri üzrə prorektoru Fuat Aydın, elm və tədqiqat işləri üzrə prorektoru Alper Ünal, İnformasiya Texnologiyaları Mərkəzinin müdiri Cüneyt Tantu isə məruzəçi qismində təqdimat edəcəklər.
Vebinarda Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin, eləcə də Bakı Ali Neft Məktəbinin rəhbər şəxsləri, professor-müəllim heyəti və tələbələri iştirak edəcəklər. Tədbirə 200-dən çox iştirakçı qatılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]