“Banu” rəqs kollektivi Türkiyədə keçirilən festivalda uğurla iştirak edib
Bakı, 12 fevral, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər şəhid Fəxrəddin Qasımov adına Uşaq İncəsənət Məktəbinin “Banu” rəqs kollektivi Türkiyədə keçirilən tədbirdə uğurla iştirak edib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festival Qəhrəmanmaraş şəhərində Milli Mücadilənin 100 illiyi münasibətilə keçirilib.
Festival çərçivəsində “Banu” rəqs kollektivinin bir-birindən maraqlı rəqs nümunələri qonaqlarda xoş əhval-ruhiyyə yaradıb.