“Barselona” 26-cı dəfə İspaniya çempionu oldu
Bakı, 28 aprel, Nicat Məmmədov, AZƏRTAC
İspaniya La Liqasının 35-ci turu “Barselona” klubu üçün əlamətdar olub.
AZƏRTAC xəbər verir ki, Kataloniya təmsilçisi “Levante” klubunu minimal hesabla (1:0) məğlub edərək mövsümün başa çatmasına üç tur qalmış çempionluğunu rəsmiləşdirib. Oyunda yeganə qolu 62-ci dəqiqədə Lionel Messi vurub.
İndiyədək keçirdiyi 35 oyundan 83 xal toplayan “Barselona” turnir cədvəlində ən yaxın izləyicisi “Atletiko Madrid” klubu üçün əlçatmaz olub. Çempionatda üçüncü yeri hesabında 65 xal olan “Real Madrid” tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]