Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş konsul: Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan-Gürcüstan münasibətləri sürətlə inkişaf edib

Tbilisi, 14 dekabr, AZƏRTAC

Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Acarıstanın “TV12” kanalına müsahibə verib.

Bu barədə AZƏRTAC-a Baş konsulluqdan məlumat verilib.

Bildirilib ki, Baş konsul Ümummilli Liderin həyat və fəaliyyəti barədə kanalın tamaşaçılarına ətraflı məlumat verib. O qeyd edib ki, xatirəsini dərin hörmətlə andığımız, adını xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazdıran Heydər Əliyev dünyanın dahi şəxsiyyətlərdən biridir.

Baş konsul deyib ki, Gürcüstan Cənubi Qafqaz regionunda Azərbaycanın strateji tərəfdaşıdır. Hər iki ölkəni tarixi yaxınlıq, strateji, geopolitik və iqtisadi maraqlar birləşdirir. Ölkələrimiz müstəqilliklərinin ilk vaxtlarından yaxın əməkdaşlıq münasibətlərinin saxlanmasına çalışır. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra Azərbaycan-Gürcüstan münasibətləri sürətlə inkişaf edib. Heydər Əliyev və Eduard Şevardnadzenin qarşılıqlı səfərləri əməkdaşlığımızın möhkəmlənməsində mühüm rol oynayıb. Ulu Öndərin 1996-cı ilin martında Gürcüstana rəsmi səfəri zamanı ölkələrimiz arasında iki vacib sənəd - "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında müqavilə" və "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq haqqında bəyannamə" imzalanıb. Azərbaycanın və Gürcüstanın dövlət başçıları mətbuat konfransında verdikləri bəyanatda həmin sazişlərin xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Ulu öndər Heydər Əliyevin yeritdiyi bu siyasətin əsas tərkib hissəsi kimi, qonşu dövlətlərlə, xüsusilə Gürcüstanla münasibətlərə böyük diqqət yetirməsi isə Azərbaycan-Gürcüstan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaratdı.

Müdrik və uzaqgörən siyasətçi olan Heydər Əliyev Azərbaycan və gürcü xalqlarının tarixi dostluğuna və mehriban münasibətlərinin daha da inkişafına xidmət edən vacib məqamlara həmişə böyük diqqət yetirib. Tbilisidə işıq üzü görmüş "Heydər Əliyev və Gürcüstan" kitabında bu böyük dövlət adamının, dünyaşöhrətli uzaqgörən siyasətçinin Gürcüstan ilə münasibətlərindən - bu ölkəyə səfərlərindən, gürcü xalqına münasibətindən, dar gündə qonşuya necə əl tutmağın bariz nümunəsindən söhbət açılır.

Azərbaycanla Gürcüstanı siyasi müttəfiqlikdən başqa sıx iqtisadi və enerji tərəfdaşlığının birləşdirdiyini qeyd edən Baş konsul deyib: “Azərbaycan neftini dünya bazarına çıxaran Bakı-Supsa (1999) və Bakı-Tbilisi-Ceyhan (2006) neft kəməri Gürcüstan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti öz növbəsində ölkələrarası ticari əlaqələrin inkişafına xidmət edir.

“Hazırda Ş.Rustaveli adına Batumi Dövlət Universitetində “Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi” və “Acarıstan-Naxçıvan Muxtar Respublikası dostluq auditoriyası” fəaliyyət göstərir. Heydər Əliyevin anadan olduğu Naxçıvanla Acarıstan qardaşlaşmış muxtar respublikalardır.

Hələ sağlığında millətimizin Ümummilli Liderinə çevrilmiş bu böyük düha sahibi özündən sonra elə bir miras qoyub ki, neçə-neçə nəsillər ondan bəhrələnəcək. Məhz Ulu Öndərin təməlini qoyduğu sülh strategiyası, səmimi və mehriban qonşuluq, qarşılıqlı faydalı və strateji tərəfdaşlıq, dostluq siyasəti bu gün onun göstərdiyi yolun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

P.İsmayılzadənin sözlərinə görə, dövlətimizin başçısının gərgin fəaliyyətində onun ən yaxın silahdaşı Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır.

Prezident İlham Əliyev öz müsahibələrində qeyd edib: “Zaman onu da sübut edir ki, dünyanın tarixi böyük şəxsiyyətlərin tərcümeyi-halıdır. Heydər Əliyevin tərcümeyi-halı isə Azərbaycan tarixidir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin yürütdüyü siyasətin uğurlu davamçısıdır və hazırda da ölkələrimiz arasında qurulmuş dostluq və tərəfdaşlıq münasibətləri yüksələn dinamika ilə inkişaf edir.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Acarıstanın Ali Şurasının sədri Davit Qabaidze, Şuranın üzvləri Lado Mqalobalisvili, Acarıstanın maliyyə və iqtisadiyyat naziri Jaba Putkaradze, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Niko Berdzenişvili adına Batumi Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, fəlsəfə elmləri doktoru, sosioloq Nuqzar Çxaidze də “TV12” kanalına müsahibə veriblər.

Onlar Azərbaycan ilə Gürcüstan arasında mehriban qonşuluq və strateji əməkdaşlığın yüksək səviyyədə inkişaf etməsində Heydər Əliyevin xidmətlərini xüsusi qeyd ediblər.

Çıxış edənlər Heydər Əliyevin və Eduard Şevardnadzenin dostluğu, əməkdaşlığı nəticəsində baş tutan əlaqələrin iki ölkə tərəfindən bu günə qədər ən yüksək səviyyədə və keyfiyyətli şəkildə davam etdirildiyini vurğulayıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir

Fransada meşə yanğınları fonunda Makron məzuniyyətə çıxdığı üçün müxalifətin tənqidinə məruz qalıb

Mərakeşdə İspaniyanın Seuta anklavına keçməyə çalışan 111 miqrant saxlanılıb

Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib

Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Səfər çərçivəsində verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir ŞƏRH

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

İsveç Avropada “Team Racing” üzrə ilk dünya çempionatına ev sahibliyi edir

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər

Fransada irqçilik və ayrı-seçkilik: Tolerantlıq yüksək olaraq qalır, irqçi əməllər isə artır

İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var – YENİLƏNİB

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb

Türkiyədə 800-dən çox şəxsi aldadaraq 116 milyon lirə mənimsəyən qruplaşma ifşa edilib

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

“EasyJet”in Fransadakı ekipaj üzvləri tətilə başlayıblar

Cəlilabadda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Amerikalı basketbolçu "Neftçi"də

Fransanın Land departamentində 1300 hektar meşə sahəsini yanğın bürüyüb

İmişlidə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək

Bu saata olan əsas xəbərlər

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Metronun “28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin daşınması üçün 6 ekspres və 20 müntəzəm avtobus marşrutu müəyyənləşdirilib

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Bu gün Ümumdünya Sahibsiz Heyvanlar Günüdür

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Premyer Liqa: Son çempion "Sabah" ilk oyununa çıxır

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Media: NATO-nun müdafiə planındakı uğursuzluq Ukraynaya çətinlik yaradır

Pekindən Mançesterə uçan təyyarə Krasnoyarskda təcili eniş edib

Kolumbiyada mədəndə partlayış nəticəsində 6 nəfər həlak olub

Rusiya-Şimali Koreya sərhədində körpü tikintisi başa çatır

Tramp: İranı məhv etmək istəmirik, amma hər şeyə qadirik

Braziliyadakı sarı qızdırma epidemiyasının səbəbi tapılıb

Texasdakı qəzadan sonra ABŞ-də “Apache” helikopterlərinin uçuşları dayandırılıb

İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub VİDEO

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub VİDEO

Qərbi Afrikada iqlim fəlakəti: 32 milyon insan evini tərk edə bilər

ABŞ Bolqarıstana “F-16 “qırıcılarının çatdırılmasını 2030-cu ilə qədər təxirə salır

Qazaxıstandakı beynəlxalq toplantıda Azərbaycanın gənc yol müfəttişləri ölkəmizi təmsil edirlər

Tramp Kamala Harrisin sərhəd siyasətini tənqid edib

Türkiyə Superliqası: "Qalatasaray" mövsümə xal itkisi ilə başlayıb

Kanada İranın 5 yüksəkvəzifəli şəxsini sanksiya siyahısına saldı

Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb YENİLƏNİB

“Kapellhaus Garden Hall”: Ulduzlu səma altında klassik musiqi səslənib

"Bloomberg": ABŞ Kubaya qarşı iqtisadi təzyiqləri gücləndirir

Güclü leysan Tbilisi və ətraf bölgələrdə ciddi fəsadlar törədib

Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində

Rəcəb Tayyib Ərdoğan: AK Parti – Türkiyənin uğurlarının əsas hərəkətverici qüvvəsidir

Almaniyanın altı əyalətində meşə yanğınları baş verib

Böyükşor gölündə yaşıl rəngli kütlə müəyyən edilib – laborator analizlər aparılır

FHN: Qubadakı zəlzələ nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb

Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsinin nəticələri açıqlanıb

“Neftçi” fransalı futbolçu ilə yollarını ayırıb

Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib

Quba rayonunda zəlzələ baş verib

Tacikistanda tərkibində şəkər olan içkilərə vergi tətbiqi imkanları araşdırılır

“Beşiktaş” yeni transferi Duşan Vlahoviçi ictimaiyyətə təqdim edib

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Almaniya və İtaliya arasında sığınacaq axtaran şəxslərin qəbulu ilə bağlı fikir ayrılığı yaranıb

Binəqədidə ağacların kəsilməsi nəticəsində təbiətə 39 min manatdan çox ziyan dəyib

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub

Bu saata olan əsas xəbərlər