BAŞ MİL-MUĞAN KOLLEKTORUNUN 31 KM UZUNLUĞUNDA 3-CÜ HİSSƏSİNİN TİKİNTİSİNƏ BAŞLANMIŞDIR
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası ilə əlaqədar Meliorasiya və Su Təsərrüfatı Komitəsi suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, torpaqların şoranlaşmasının qarşısının alınması, magistral kollektorlar vasitəsilə şor suların Xəzər dənizinə maneəsiz axıdılması məqsədilə Aran iqtisadi rayonu ərazisindəki Baş Mil-Muğan kollektorunun 31 km uzunluğunda 3-cü hissəsinin tikintisinə başlamışdır.
Komitədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, artıq kollektorun 5 kilometlik hissəsi qazılmış, iki körpü tikilmiş, kollektor boyunca istismar yolunun 4,8 kilometrlik hissəsinə qum-çınqıl döşənmişdir. Ərazidə 355,2 min kubmetr həcmində torpaq, 4,4 min kubmetr həcmində isə beton və dəmir-beton işləri yerinə yetirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [09:27]
Azərbaycan nefti 124 dollara satılır VİDEO
- 03.10.2026 [07:32]
Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
- 02.10.2026 [19:00]