Baş Prokurorluq ekoloji hüquqpozmalara qarşı mübarizəni davam etdirir
Bakı, 24 oktyabr, AZƏRTAC
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Göyçay, Bərdə, İmişli, Biləsuvar və Yardımlı rayonları ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırmalar zamanı Göyçay rayonunun Şıxbəy, Bərdə rayonunun Əyricə, İmişli rayonunun Ağaməmmədli kəndlərində, Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən 162-ci kilometrliyində meşə fonduna aid olmayan, habelə Yardımlı rayonu ərazisində meşə fonduna daxil olan, ümumilikdə 568 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 60 min manatdan çox ziyan vurulması müəyyənləşdirilib.
Aşkarlanan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1-ci, 259.2.3-cü və 259.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [18:54]
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]
Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO
- 13.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [11:22]
Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
- 13.06.2026 [10:18]
İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub
- 13.06.2026 [10:15]