Azərbaycan Dövlət İnformasiya Agentliyi

Basarkeçər rayonunda erməni özbaşınalıqları - hadisə şahidinin xatirələrindən

Basarkeçər rayonunda erməni özbaşınalıqları -  hadisə şahidinin xatirələrindən

Bakı, 28 oktyabr, AZƏRTAC

Göyçə mahalının Basarkeçər rayonunun Kərkibaş kəndinin sakini Hacı Hasan (1818-1915) babamızın nəticəsi (Molla Həmidin həyat yoldaşı) 100 yaşlı Qizbəs nənə (1891-1991) həyatında 6 dəfə qaçqınlıq yaşayıb: İlk dəfə 1893-cü ildə, sonra ardıcıllıqla 1905, 1918, 1920, 1948-1952 və 1988-ci illərdə.

Qizbəs nənənin dediklərinə görə, Göyçə mahalının Qaraiman kəndindən olan dövlət nümayəndəsi Kərbəlayi Musa oğlu Məşədi İsa, Zoddan Vəli oğlu Səmədağa, Şişqayadan Məhərrəm oğlu dövlət sərkərdəsi Kor Tanrıverdi, Daşkənddən Göyçənin Koroğlusu Hacı Rəhim və Aşıq Nəcəf, Göyçənin ağsaqqalları - Daşkəndli Mədət, Zodlu Məcid olduqca igid, mərd, cəsarətli adamlar idilər.

Hacı Rəhim Sulikovun bizdən oğurladığı 125 baş mal-qaranı Göyçədən Kəlbəcərə gətizdirir. Sulikov sonra bu məsələdən xəbər tutur. Nikolaya məktub göndərir ki, Hacı Rəhim haqqında tədbir görülsün və öldürülsün. Hacı Rəhim bunu eşitdikdən sonra Kürdüstana gedərək bir neçə ay orada qalır. Lakin qəribliyə dözə bilməyərək Daşkəndə qayıdır. Daşkənd ağsaqqalları onun qayıtmasına çox təəccüblənirlər. Sulikovun onu öldürmək istəməsini Hacı Rəhimə deyirlər. Buna baxmayaraq, Sulikov və Andranik Göyçə mahalının Koroğlusu Hacı Rəhimdən çox qorxurdular.

Bu barədə AZƏRTAC-a açıqlamasında Qərbi Azərbaycanın Göyçə mahalından olan Əmiraslan Cəfərov söyləyib.

Ə.Cəfərov deyib: “O dövrdə Göyçə mahalının Basarkeçər rayonunun qubernatoru Hovannes (Avanes) hörmətli insanlardan biri sayılırdı. Sulikov və Andranik onunla hesablaşırdılar. Səfər oğlu Avanes Nikolayın çox yaxın adamlarından biri idi. Bunu bütün İrəvan bilirdi. Avanes həm də Hacı Rəhimin atası Axund Şəfi ilə yaxın dost idi. Hacı Rəhim Daşkənd ağsaqqallarına dedi ki, o, Basarkeçərdə Avaneslə görüşüb bu əhvalatı ona deyəcək. Daşkənd ağsaqqalları Hacı Nağı, Mədət kişi, Hacı Allahverdi çox nigaran idilər. Hacı Rəhim heç nədən çəkinmədən özünü Basarkeçərə - Səfəroğlu Avanesin qapısına çatdırdı. Xoşbəxtlikdən qapıya qədər heç kimlə rastlaşmadı. Atı qapıya yaxın sürüb qamçının sapı ilə qapını döydü. Avanes qapıya çıxanda bərk çaşdı, Hacı Rəhimi görəndə az qaldı ürəyi ağzından çıxsın. Avanesin arxasınca bayıra çıxan Knarik arvad üzəngidə Hacının ayaqlarını qucaqladı.

Hacı dedi: “Mən buraya həmişəki kimi bir dost olaraq gəlmişəm, qorxmayın. Ancaq istəyirsinizsə, mən bu evə sakit gəlim-gedim, Sulikovu başa salın ki, mənim adımı çəkməsin, məni soraqlamasın. Bilirəm, Sulikov sizin sözünüzdən çıxan deyil, onun malını da qaçaqlar aparıb. İşin nəticəsini Daşkənddə Nağı bəyə çatdırarsan. Bir ay sənə vaxt verirəm.

Avanes və Knarik bildirdilər ki, Hacı Rəhimin bir sözü iki ola bilməz. Əgər olsa, deməli, bu ev başlarına uçmalıdır. Odur ki, Sulikovu bu fikrindən döndərməli idilər. Avanes Sulikovun dilindən kağız alıb Nikolaya göndərir ki, mal-qaradan Hacı Rəhimin xəbəri yoxdur. Mal-qaranı qaçaqlar oğurlayıb, onların haqqında tədbir görülsün. Nikolayın və Sulikovun Hacı Rəhimlə işi yoxdur. Bundan sonra Hacı Rəhim öz doğma kəndi Daşkəndə qayıdır”.

Ə.Cəfərov, eşitdiklərini bu cür nəql edir: “Sulikovun qəddarlığı onun ömrünə son qoydu. Yaşlılar deyərdilər ki, Hacı Rəhim Sulikovun xəncəri ilə onun başını bədənindən ayıranda o “Nikolay, Nikolay”, gah da “arpa, arpa” deyərdi. Sulikov bu sözləri deməklə son anda Nikolayı köməyə çağırıb, “arpa, arpa” deməklə isə müsəlman kəndlərindən erməni atlarına arpa istəyirdi.

Atam (Mahmud) və əmilərim (Süleyman, Molla Həmid, Cabbar) deyirdilər ki, Osmanlı Ənvər paşa olmasaydı, ermənilər bizi dənizə tökərdilər, yaxud da hamımızı öldürərdilər. Bu sözləri Göyçə mahalının ağsaqqalı Zeynalabdin müəllimdən eşitmişdim. Osmanlı qoşunları Bakıya qədər yürüş edib azərbaycanlıları labüd ölümdən xilas etdilər.

Molla Həmid əmimin həyat yoldaşı Qizbəs nənə deyərdi ki, babalarımın canı, öz canım qırmızışalvar Osmanlı əsgərinə qurban olsun. Bizə paltar, qidalar, tüfəng verdilər. Onlar bizə ürək-dirək verib “Şino yavrum” deyirdilər. Biz isə türk əsgərlərinə canım sizə fəda olsun (canfida) deyərdik. Deyirdilər ki, qorxmayın, türk qardaşlarınız ermənilərin burunlarını ovacaqlar.

Doğrudan da türklərin gəlişi ilə elə bil qurbağa gölünə daş atıldı, ermənilər öz qınlarına çəkildilər. Amma yenə ürəklərində türklərə, bizlərə qarşı kin-küdurət saxlayırdılar”.

Cəlil əminin öldürdüyü İsacanın oğlu nəvəsinin adını İsacan qoymuşdu. Ermənilər onunla fəxr edərək deyirdilər: “İsacan erməni xalqının qəhrəmanıdır”. Çünki ifrat millətçi olan İsacan qəddar erməni idi. O, boya-başa çatandan sonra Basarkeçər rayonunda partiya komitəsində şöbə müdiri, daha sonra rayon maarif şöbəsinin müdiri işləyirdi. Atam (Zeynalabdin) əvvəllər məktəb direktoru işləmişdi. İsacanın dövründə isə direktor vəzifəsindən kənarlaşdırılaraq müəllim işləməyə başladı.

Bizim nəsildən olan hər hansı birini vəzifəyə təyin etmək istəyəndə İsacanın elə bil beyninin qurdu tərpənirdi.

-Bu filankəsi siz tanıyırsınızmı?

Başqa bir erməni təəccüblə Zeynalabdinə baxıb deyirdi.

-Bu, yaxşı, qabiliyyətli oğlandır.

-Yox, siz onu yaxşı tanımırsınız. Onun əmisi Cəlil erməni xalqının düşmənidir. O, mənim babam İsacanı və daha iki ermənini öldürüb.

-Düz deyirsən?

-Bəli, mən düz deyirəm, bu oğlan (Zeynalabdin) düşmən nəsildəndir.

-Belələrindən beynəlmiləlçi olmaz. Bu işə başqasını təyin etmək lazımdır.

Eyni zamanda, bu sözləri Cəlil əmimin oğlu Səfərə də aid etmək olar. Səfər 5 il İkinci Dünya müharibəsində vuruşub, ikinci qrup əlildir. O da əvvəllər məktəb direktoru, sonralar müəllim işləyib. Minasyanın Səfəri görməyə gözü yox idi. O, iclaslarda deyərdi ki, Səfərin atası Cəlil mənim babam İsacanı 1918-ci ildə öldürüb, o, bizim qatı düşmənimizdir.

1988-ci il dekabrın əvvəlində Minasyan Zeynalabdinin öldürülməsini istəyirdi. Atam bunu başa düşəndən sonra oradan gedib.

İsacan Minasyan Basarkeçər rayonunda həm də “Daşnaksütyun” partiyasının sədri idi. Bəli, İsacan Minasyan kimilər düşmənçilik siyasəti yürüdərək ermənilərin gözündə bizi - türkləri cəllad səviyyəsinə qaldırırdılar.

“Azərbaycanın Xalq şairi Hüseyn Arif 1988-ci ildə “Göyçəlilər, dağılmayın Göyçədən” şeirini poçt vasitəsilə Bakıdan Göyçəyə, atam Zeynalabdinə göndərmişdi. Bu şeirə cavab olaraq Bala Məzrəli Məznun Göyçəli “Dağılmarıq Göyçədən” şeirini yazıb Hüseyn Arifə cavab olaraq qaytarmışdı. Atam bu şeirləri Göyçə mahalının Basarkeçər rayonunun məktəblərində təbliğ edirdi. Minasyan atama bu şeirləri təbliğ etdiyinə görə şiddətli sürətdə partiya töhməti vermiş, hətta onu daşnaklarla hədələmişdi”, - deyə Əmiraslan Cəfərov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq