Basketbol Liqası: NTD komandası bürünc medala sahib olub
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Basketbol Liqasında bürünc medalların sahibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, üçüncü yer uğrunda oyunda "AAAF Xırdalan" komandası NTD ilə qarşılaşıb.
"Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşma NTD komandasının qələbəsi ilə yekunlaşıb - 100:79.
Oyunda ən məhsuldar basketbolçu NTD-dən Londel Kinq (40 xal, 16 ribaund), rəqib komandadan isə Deymon Makdouel (36 xal, 5 ribaund) olublar.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının final oyunu "Sabah" və "Gəncə" klubları arasında keçiriləcək. Final seriyasında ən tez üç qələbə qazanmış komanda Liqanın qalibi olacaq.