BATUMİ HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev GUAM dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün iyulun 1-də Gürcüstanın Batumi şəhərinə gəlmişdir.
Azərbaycanın və Gürcüstanın dövlət bayraqları ilə bəzədilmiş Batumi hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Gürcüstan Prezidenti Mixeil Saakaşvili səmimiyyətlə qarşıladı.
Milli geyimli uşaqlar dövlətimizin başçısına gül dəstələri təqdim etdilər.
Gürcüstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə təqdim olundu.
######
![]() |
![]() |

