BATUMİDƏ GUAM DÖVLƏT BAŞÇILARI ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 1-də Batumidə Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM Dövlət Başçıları Şurasının iclası olmuşdur.
İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixeil Saakaşvili, Ukrayna Prezidenti Viktor Yuşşenko, Moldovanın daxili işlər naziri Valentin Mejinski iştirak etmişlər.
İclası GUAM-ın baş katibi Valeri Çeçelaşvili açaraq gündəlikdəki məsələlər barədə məlumat verdi. Sonra hazırda GUAM-a sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etdi.
Dövlətimizin başçısı dəvətə və təşkilatçılığa görə Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə minnətdarlıq etdi. GUAM çərçivəsində əməkdaşlığın inkişaf etdiyini bildirən Azərbaycan Prezidenti İlham Əliyev dedi ki, GUAM-ın beynəlxalq təşkilatlarla da əlaqələri genişlənir. Dövlətimizin başçısı qeyd etdi ki, hazırda sürətli iqtisadi inkişaf yolunda olan Azərbaycan qlobal enerji və nəqliyyat dəhlizinə çevrilmişdir və iqtisadiyyatın müxtəlif sahələrində regional əməkdaşlığın inkişafına öz töhfəsini verir.
######
![]() |
![]() |

