“Bayern”in yarımmüdafiəçisi Adrian Feyn Niderland klubu ilə müqavilə imzalayıb
Bakı, 25 avqust, AZƏRTAC
Almaniya çempionu “Bayern”in yarımmüdafiəçisi Adrian Feyn ilə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, almaniyalı futbolçu bundan sonrakı karyerasını Niderlandın “Ekselsior” klubunda davam etdirəcək. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
Münhen təmsilçisindən azad agent kimi ayrılan futbolçu Rotterdam klubu ilə 2+1 illik müqaviləyə imza atıb.
Adrian Feyn “Bayern”in yetirməsidir. İyirmi üç yaşlı yarımmüdafiəçi Münhen klubunda əsas heyətə düşə bilmədiyi üçün “Yan Regensburq”, “Hamburq”, PSV, “Qroyter” və “Dinamo” (Drezden) klublarında icarədə də oynayıb. O, Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında, həmçinin U-21-də də forma geyinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]