Baytarlıq Elmi-Tədqiqat İnstitutu və RİMM heyvanların müdafiəsi sahəsində birgə layihələr həyata keçirəcəklər
Bakı, 22 may, AZƏRTAC
Bakıdakı Rus evi və Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq sazişi imzalanıb.
Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) bildirilib.
İmzalanma mərasimində Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova iştirak ediblər.
Sənədə əsasən, Rus evi ilə Könüllü Mərkəzləri Assosiasiyasının birgə həyata keçirdiyi “Xeyirxahlıq missiyası” beynəlxalq proqramı çərçivəsində heyvanların qorunması istiqamətində layihələr icra olunacaq.