BAZARIN TƏNZİMLƏNMƏSİ MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ FORUM
Gəncə Biznes Qrupu Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramının reallaşması üçün, aqrar bölmədə çalışan iş adamlarının fəaliyyətinin tənzimlənməsi, onların istehsal etdikləri məhsulların tələbata uyğunlaşdırılması məsələlərinə həsr edilmiş forum keçirmişdir. Bölgənin 200-dən artıq torpaq sahibinin iştirak etdiyi forumda yüksək ixtisaslı mütəxəssislərin məruzələri dinlənilmişdir. Canlı dialoq şəklində keçən forumda əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını öyrənməklə, bazarın tənzimlənməsi məsələləri ətraflı müzakirə edilmiş və bu sahədə iş adamlarına lazımi məsləhətlər verilmişdir. Axırda sahibkarların təklif və mülahizələrini araşdırmaq məqsədi ilə işçi qrupu yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]