BDU-da aparılan tədqiqatın nəticəsi beynəlxalq jurnalda dərc edilib
Bakı, 28 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) uğurlu elmi tədqiqatlar aparılır. İlk dəfə olaraq sprey örtük texnologiyasının köməyi ilə Neylon/TiO2 nanokompozit materiallar hazırlanıb, onların əsasında triboelektrik nanogeneratorlar (TENG) yaradılıb. Nanokompozit təbəqələrin TENG-in çıxış parametrlərinə təsiri araşdırılıb. Əldə olunan nəticələr əsasında müəyyən olunub ki, nanokompozit daxilində TiO2 nanohissəciklərinin miqdarının artması ilə belə materiallar əsasında hazırlanan TENG-in çıxış parametrləri artır. Hazırlanmış TENG-lər portativ elektron cihazların elektrik enerjisi ilə qidalandırılmasında miniatür generator kimi tətbiq oluna bilər.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi, Fizika fakültəsinin lll kurs doktorantı Orxan Güləhmədovun həmmüəllifi olduğu “Neylon/TiO2 nanokompozit təbəqələri ilə triboelektrik nanogeneratorların təkmilləşdirilməsi” adlı məqalədə həmin tədqiqatlardan həhs edilir. Məqalə beynəlxalq elmi bazalarda indekslənən “MRS Communications” jurnalında (IF: 2.935) dərc olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:07]
Kanadalı şair Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü
- 08.10.2026 [14:35]
BDU-da ikili diplom proqramının tələbələri ilə görüş olub
- 08.10.2026 [13:07]
İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş
- 08.10.2026 [12:44]