BDU-DA ŞƏHİDLƏRİN XATİRƏSİ ANILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Bakı Dövlət Universitetində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə keçirilən anma mərasimində universitetin rektoru, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov çıxış edərək Prezident İlham Əliyevin “20 Yanvar faciəsinin on beşinci ildönümünün keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətini vurğulamışdır. O, tariximizin şərəfli səhifəsinə çevrilmiş Yanvar hadisələrinin mahiyyətini diqqətə çatdıraraq, ölkəmizin müstəqilliyi yolunda qəhrəmancasına həlak olmuş Vətən övladlarının xatirəsinin əbədiləşdirildiyini bildirmişdir.
Təhsil nazirinin müavini İradə Hüseynova, şəhid atası, professor İzzət Rüstəmov və digər natiqlər də ümummilli lider, müdrik dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə qanlı Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildiyini, eyni zamanda, şəhidlərin xatirəsinin daim əziz tutulduğunu söyləmişlər.
Sonra ədəbi-bədii kompozisiya göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]