BDU-da vebinar: Emosiyalarımızı necə idarə edək?
Bakı, 11 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən “Emosiyalarımızı necə idarə edək?” mövzusunda vebinar keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, vebinarın moderatoru, fakültə üzrə TGT sədrinin müavini Ləman Pənahova emosiyaların idarə edilməsinin əhəmiyyətindən danışıb, tədbir haqqında məlumat verib.
Vebinarın təlimçisi, gənc sahibkar, karyera psixoloqu Orxan Mahmudov iştirakçılara emosiyaların necə idarə edilməsi barədə ətraflı məlumat verib, depressiya, narahatlıq və stresin davranış, başqa insanlarla münasibətlərə təsir göstərən amillər olduğundan bəhs edib. Bildirilib ki, emosional zəkadan istifadə etməyin vacibliyini anlamaq, cəmiyyətdə qarşılıqlı münasibətlərin idarə edilməsi üçün uyğun mühit yaratmaq və vacib məsələlərin həllində uyğun yanaşma tərzi tətbiq etməklə emosiyaların idarə edilməsi mümkündür.
Sonra müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:28]
BDU ilə Misir universitetləri arasında əlaqələr genişlənir
- 09.06.2026 [13:57]
AzMİU Almaniyada beynəlxalq platformada təmsil olunub
- 09.06.2026 [13:06]
Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb
- 09.06.2026 [13:01]
AzTU və TAU-dan abituriyentlərə xüsusi təqdimat - rektorla görüş
- 09.06.2026 [12:23]
Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb
- 09.06.2026 [12:21]