BDU-nun magistraturasında tədris olunan 6 ixtisaslaşma beynəlxalq akkreditasiyadan keçib
Bakı, 20 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) magistratura səviyyəsində tədris olunan 6 ixtisaslaşması (qeyri-üzvi kimya, fiziki kimya, analitik kimya, üzvi kimya, yüksəkmolekullu birləşmələr kimyası, neft kimyası) Qazaxıstanın Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentliyi (İQAA) tərəfindən beynəlxalq akkreditasiyadan keçib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Azərbaycan Respublikasının elm və təhsil nazirinin rəhbərlik etdiyi Akkreditasiya Şurasının 2023-cü il 20 sentyabr tarixli qərarı ilə BDU-nun 6 ixtisaslaşması üzrə beynəlxalq akkreditasiyanın nəticələri dövlət akkreditasiyası üçün nəzərə alınıb.
Qazaxıstanın Təhsildə Keyfiyyət Təminatı üzrə Müstəqil Agentliyi Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Assosiasiyanın (ENQA) tam hüquqlu üzvüdür və yuxarıda adları qeyd olunan ixtisaslaşmalar 5 il müddətinə akkreditasiya olunub.
BDU “Təhsil müəssisələrinin akkreditasiyası qaydaları”nın yeni redaksiyada təsdiqindən sonra ölkədə beynəlxalq akkreditasiyaları tanınan yeganə universitetdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:16]
Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib
- 10.06.2026 [19:52]