Bəhreyn və Küveyt hava məkanlarında uçuş məhdudiyyətlərini uzadıb
Bakı, 25 mart, AZƏRTAC
Bəhreyn və Küveyt üzərindəki hava məkanı ən azı 12 saat bağlı qalacaq.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Bəhreyn və Küveytin hava məkanı Qrinviç vaxtı ilə saat 16:00-a (Moskva vaxtı ilə saat 20:00) qədər bağlı qalacaq. Bu o deməkdir ki, Yaxın Şərqdə baş verən hərbi əməliyyat səbəbindən tətbiq edilən uçuş qadağası ardıcıl 26-cı gün qüvvədə olacaq.
Bu ölkələrin hava məkanlarında üçüncü ölkələrə təyyarələrin tranziti də qadağandır. Bəhreyn xüsusi icazə ilə Manama hava limanından qonşu Səudiyyə Ərəbistanına ən qısa dəhliz boyunca xüsusi uçuşlara icazə verir.
Suriyanın hava məkanında da uçuş məhdudiyyətlərini martın 26-dək uzadılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [19:07]
Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]