Belarus Prezidenti: Ərdoğan inadkar və müdrik siyasətçidir
Bakı, 26 fevral, AZƏRTAC
Belarus Prezidenti Aleksandr Lukaşenko türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə təbrik edib, onunla tezliklə görüşə ümid etdiyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
“Tezliklə Minsk və Ankara münasibətlərində yeni səhifə açacaq görüşə ümid edirəm”, - Belarus lideri qeyd edib.
Lukaşenko vurğulayıb ki, o, Ərdoğanı inadkar və müdrik siyasətçi və vətəninin maraqlarına tam sadiq bir insan kimi tanıyır. "Siz dövlət sahəsində mühüm nailiyyətlər əldə etmisiniz, müxtəlif sahələrdə özünüzü reallaşdırmısınız. Qeyri-adi peşəkar fəaliyyətiniz, sizə xas olan xarizma və praqmatizm əsl hörmət oyadır", - deyən dövlət başçısı qeyd edib.
Lukaşenko əmin olduğunu bildirib ki, Ərdoğanın hələ də Türkiyənin gələcəyi üçün həyata keçirilməli olan çoxlu ideya və planları var, dost türk xalqının rifahı naminə sağlamlıq, nikbinlik, uğurlar və parlaq ideyalar arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]