Azərbaycan Dövlət İnformasiya Agentliyi

Belarusda Azərbaycanın Milli Qəhrəmanının 50 illik yubileyi qeyd olunub

Bakı, 30 mart, AZƏRTAC 

Ölkəmizdə Azərbaycanın Milli qəhrəmanlarının xatirəsi həmişə əziz tutulur, onların yubileyləri dövlət səviyyəsində qeyd edilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, belə qəhrəmanlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin zabiti mayor Anatoli Nikolayeviç Davidoviçdir. Yaşasaydı mart ayının 28-də onun 50 yaşı tamam olacaqdı. Lakin A.Davidoviç gəncliyinin ən gözəl çağında - 27 yaşında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi uğrunda gedən döyüşlərdə əbədi olaraq şəhidlik zirvəsinə ucalıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən yubiley tədbirlərinin təşkili ilə bağlı Belarusun Slutsk şəhərinə ezam edilmiş nümayəndəmiz əvvəlcə şəhər mərkəzi xəstəxanasına gedərək şəhidin bir ay əvvəl ürəyində açıq cərrahiyyə əməliyyatı aparılmış anası Kima Andreyevna ilə görüşüb, ona xalqımızın, Silahlı Qüvvələrin şəxsi heyətinin minnətdarlıq dolu salamlarını və Müdafiə Nazirliyinin yubiley töhfəsini çatdırib.

“Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan Dünyası” beynəlxalq jurnalının redaksiya heyətinin təsis etdiyi “Mehriban ana” medalının oğlunun yubiley günündə anaya təqdim olunması onda xoş duyğular oyadıb.

K.Andreyevna növbəti dəfə diqqətdən kənarda qalmadığı, övladının unudulmadığı və xatirəsinin əziz tutulduğu üçün bir daha Azərbaycan xalqına minnətdarlığını bildirib.

Martın 28-də Müdafiə Nazirliyinin bilavasitə təşkilatçılığı ilə Milli Qəhrəmanın 50 illik yubileyi yüksək səviyyədə qeyd edilib.

Əvvəlcə tədbir iştirakçıları şəhər qəbiristanlığına gedərək qəhrəmanın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar.

Anım mərasimini açan polkovnik Abdulla Qurbani qəhrəmanın keçdiyi qısa, lakin mənalı ömür yolundan danışaraq bildirib ki, A.Davidoviç 50 il əvvəl Minsk vilayətinin Kopolskiy rayonunun Skobin kəndində anadan olub. Sonra ailələri ilə birlikdə Slutsk şəhərinə köçən Anatoli burada S.F.Rubanov adına orta məktəbi bitirib, Ukraynadakı Sumı Ali Artilleriya Məktəbində təhsil alıb, SSRİ-nin Almaniyadakı Qoşun Qrupunda tağım komandiri kimi xidmətə başlayıb.

1989-cu ildə Zaqafqaziya Hərbi Dairəsinə - Gəncə şəhərinə göndərilmiş gənc zabit burada artilleriya hərbi hissələrindən birində xidmətini davam etdirib. Xocalı faciəsindən sonra isə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinə daxil olub.

Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə ona “mayor” hərbi rütbəsi verilib, artilleriya hissələrindən birinə qərargah rəisi təyin edilib. Milli artilleriyaçı kadrların hazırlanmasında səylərini əsirgəməyən mayor A.Davidoviç tabeliyindəki şəxsi heyətlə birlikdə mütəmadi olaraq Tərtər, Ağdam, Goranboy və Füzuli bölgələrində döyüş tapşırıqlarını yerinə yetirib.

1992-ci ilin iyununda Ağdam bölgəsində qanlı döyüşlər gedərkən o, xüsusi qəhrəmanlıq nümunələri göstərərək düşmənə texnika və canlı qüvvə sarıdan xeyli itkilər verilməsinə nail olub. Lakin döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmış mayor A.Davidoviçə vaxtında ilk yardım göstərilməsinə, helikopterlə Bakıya hərbi hospitala çatdırılmasına və həkimlərin səylərinə baxmayaraq, onu ölümün pəncəsindən xilas etmək mümkün olmayıb.

Ölümündən az sonra, 1992-ci il iyulun 3-də Belarus Respublikasının müstəqilliyi günündə mayor A.Davidoviçə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Slutsk şəhər İcraiyyə Komitəsi sədrinin müavini Larisa Georgiyevna Dobrovolskaya anım mərasimində çıxış edərək Azərbaycan və Belarus xalqlarının dostluq və qardaşlıq münasibətlərinin daha da genişləndiyindən söhbət açıb, azərbaycanlıların da Böyük Vətən müharibəsi illərində Belarusun faşist işğalçılarından azad edilməsində müstəsna xidmətlərini qeyd edib, görkəmli sərkərdələrimizin, azərbaycanlı Sovet İttifaqı qəhrəmanlarının adlarını iftixar hissi ilə çəkib və bildirib ki, Azərbaycan xalqı Belarusdan olan qəhrəmanını unutmadığı kimi, belaruslular da bu torpaqlar uğrunda həlak olan yüzlərlə azərbaycanlı döyüşçünün xatirəsini həmişə əziz tuturlar.

Uzun illərdir ki, Belarus Respublikasında yaşayan azərbaycanlı ziyalılar - Belarus Azərbaycan İcmaları Konqresinin fəalları İlham Hacıyev, Mirəli Mirəliyev, Elman Mahmudov, Zaur Tərlanov çıxışlarında şəhidin ailəsi ilə daim əlaqə saxladıqlarını, onların problemlərinin həlli istiqamətində həmişə yardımçı olduqlarını vurğulayıblar.

Milli Qəhrəmanın qardaşı Aleksandr ay yarım Azərbaycanda, Ağdam uğrunda döyüşlərdə Anatoliy Davidoviçlə bir səngərdə olduğunu söyləyib, hər cür təcavüzə, işğala, terrora nifrət etdiyini bildirib.

Həkimlərin ciddi nəzarətinə baxmayaraq mərkəzi xəstəxanadan çıxaraq birbaşa anım mərasiminə gəlmiş şəhid anası Kima Andreyevna Azərbaycan rəhbərliyinə, xalqına, tədbirin təşkilatçılarına oğlunun 50 illik yubileyini yüksək səviyyədə keçirdiklərinə görə bir daha dərin təşəkkürünü bildirib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Qəhrəman anasının 1994-cü ildə ulu öndərimiz Heydər Əliyevlə görüşdüyü barədə xatirələri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bildirilib ki, bu yaxınlarda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə şəhərin mərkəzi küçələrindən birinə mayor A.Davidoviçin adı verilib. Bir neçə gündən sonra həmin küçənin başlanğıcındakı binaya qəhrəmanın barelyefi vurulacaq, küçənin təntənəli açılışı olacaq, Milli Qəhrəmanın 4 il yaşadığı və xidmət etdiyi Gəncə şəhərində yubiley mərasimi keçiriləcək. Həmin yubiley tədbirinə dəvəti A.Davidoviçlər ailəsi onlara göstərilən diqqət və qayğının daha bir təzahürü kimi qiymətləndiriblər.

Həmin gün Azərbaycanın Milli Qəhrəmanı mayor A.Davidoviçin vətənində “Belarus oğlu, Azərbaycan qəhrəmanı” sənədli filminin son kadrları çəkilib və müsahibələr alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası baş tutub

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub