SİYASƏT
Bələdiyyə seçkilərində 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bakı, 9 dekabr, AZƏRTAC
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində daha 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının dekabrın 9-da keçirilən iclasında məlumat verilib.
Bildirilib ki, Yeni Azərbaycan Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Böyük Qurtuluş Partiyasının, Demokratik İslahatlar Partiyasının və Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.