SİYASƏT
Bələdiyyə seçkilərinin keçirilməsi ilə əlaqədar Təqvim Planı təsdiqlənib
Bakı, 27 noyabr, AZƏRTAC
"Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı" müzakirə olunaraq təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 27-də keçirilən iclasında qəbul olunub.
Qeyd edək ki, iclasda qəbul olunmuş qərara əsasən ölkədə bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.