Belqoroda hücum nəticəsində 8 nəfər yaralanıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Ukrayna Silahlı Qüvvələrinin bu gün səhər saatlarında Rusiyanın Belqorod vilayətini atəşə tutması nəticəsində 8 nəfər yaralanıb.
AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov özünün “Telegram” kanalında yazıb.
“İlkin məlumatlara görə, səkkiz mülki şəxs yaralanıb. Onlardan biri son dərəcə ağır vəziyyətdədir, qalanlarının vəziyyəti orta ağırlıqdadır. Yaralılar şəhər xəstəxanalarına çatdırılıb”, - deyə o bildirib. Qubernatorun sözlərinə görə, birbaşa zərbələr nəticəsində bir fərdi ev və 15-dən çox avtomobil yanıb. Hadisə yerində yanğınsöndürmə briqadaları işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]