BƏRDƏDƏ BAŞ VERMİŞ YOL-NƏQLİYYAT QƏZASI DÖRD NƏFƏRİN ÖLÜMÜNƏ SƏBƏB OLMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bərdə rayonunun Soğanverdilər kəndində Ağdam rayon sakini Azər Əliyevin idarə etdiyi “VAZ-2106” markalı və Laçın rayon sakini Yelmar Rzayevin sürdüyü “VAZ-2107” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə A.Əliyev və Y.Rzayevin sərnişinləri - Laçın rayon sakinləri Pəsi Şükürov, Eldar Rzayev, Şərəbanu Rzayeva hadisə yerində ölmüş, birinci avtomaşında olan sərnişinlər - Ağdam rayon sakini Novruz Nağızadə, Məhəmməd Niftəliyev, habelə Y.Rzayev və sərnişini, qardaşı Əkrəm xəsarətlə xəstəxanaya yerləşdirilmişlər.
Masallı rayonunun ərazisində isə rayon sakini Bəhruz Səfərovun idarə etdiyi “VAZ-2107” markalı və Lənkəran sakini Əlizamin Əsgərovun sürdüyü “QAZ-53” markalı avtomaşınların toqquşması bir nəfərin ölümünə səbəb olmuşdur.
Hadisələrlə bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]