Bərdədə Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilmişdir
Bərdə, 26 fevral (AZƏRTAC). Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı Bərdədə ümumrayon tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə faciənin acı nəticələrini əks etdirən sərgiyə baxmışlar. Sonra Xocalı faciəsindən bəhs edən sənədli film göstərilmişdir. Tədbirdə faciə qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edənlər 21 il əvvəl erməni silahlı dəstələri və onların havadarları tərəfindən dinc əhaliyə qarşı törədilmiş qətliamdan, o müdhiş gecənin dəhşətli anlarından danışmışlar.
Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya göstərilmişdir.
Xocalılı bir qrup şəhid ailəsinə və əlilə rayon icra hakimiyyəti tərəfindən yardım edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]