“BEŞMƏRTƏBƏLİ EVİN ALTINCI MƏRTƏBƏSİ” ÖZBƏK DİLİNDƏ
Daşkənddə nəşr edilən “Cahan ədəbiyyatı” jurnalının 2002-ci il 10 və 11-ci nömrələrində xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı özbək dilində çap edilmişdir. Əsəri orijinaldan ədəbiyyatımızın dostu şair-tərcüməçi Usman Kuçkar özbəkcəyə çevrilmişdir.
Usman Kuçkar son 25 ildə Azərbaycan nəsr və şerinin ən yaxşı nümunələrini, o cümlədən, Hüseyn Cavidin “Əmir Teymur”/”Topal Teymur”/, “Peyğəmbər”, “Şeyx Sənan” pyeslərini, Yusif Səmədoğlunun “Qətl günü” romanını, Elçinin “Toyuğun diri qalması” povestini, Ramiz Rövşənin “Süd dişinin ağrısı” poemasını və şerlərini tərcümə etmişdir. “Əmir Teymur” əsəri Sırdərya vilayət teatrında özbək dilində tamaşaya qoyulmuş, Özbəkistanın ədəbi ictimaiyyəti bu əsəri yüksək qiymətləndirmişdir.
Tərcüməçi AZƏRTAC-ın müxbirinə demişdir: Azərbaycanın şair və yazıçılarından Bəxtiyar Vahabzadə, Anar, Elçin, Məmməd Araz, Yusif və Vaqif Səmədoğlular, Xəlil Rza, Cabir Novruzla dostluq münasibətlərim olub. Təəsüf ki, son illər əlaqələrimiz xeyli zəifləyib. Çox istərdim ki, əvvəlki əlaqələrimizi bərpa edək. Əminəm ki, buna nail olacaq, qardaş Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini bundan sonra da dilimizə çevirəcəyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:27]
Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?
- 10.08.2026 [17:08]
Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]