Beyləqan rayon sakinindən 27 qramdan artıq heroin və 9 qrama yaxın metamfetamin götürülüb
Bakı, 2 iyun, AZƏRTAC
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakini S.Hüseynlinin yaşadığı evdən 1 kiloqram 545 qram heroin, 780 qram metamfetamin və elektron tərəzi götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakini S.Hüseynli Abşeron rayonu ərazisində saxlanılıb.
Axtarış zamanı ondan 27 qramdan artıq heroin və 9 qrama yaxın metamfetamin aşkarlanıb.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 545 qram heroin, 780 qram metamfetamin və 1 ədəd elektron tərəzi götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]