Beyləqan taxılçıları 12 min 704,8 hektar sahədə səpin aparıblar
Beyləqan, 12 yanvar, AZƏRTAC
Keçən il taxıl zəmilərindən bol məhsul götürən Beyləqan rayonunun fermerləri və torpaq mülkiyyətçiləri 2021-ci ilin məhsulu üçün səpini başa çatdırıblar.
Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayon üzrə 12 min 704,8 hektar sahədə taxıl səpini həyata keçirilib. Payızlıq səpinin 10 min 675,1 hektarı buğda, 2029,7 hektarı arpadır. Bundan başqa, 2021-ci ilin məhsulu üçün 550 hektarda soğan, 1704 hektarda təzə yonca əkilib.
Qeyd edək ki, Beyləqan taxılçıları ötən il 12 min 989 hektar taxıl sahəsindən 46 min 112,7 ton məhsul əldə ediblər. Məhsulun 40 min 521 tonu buğda, 5591,7 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 35,5 sentner, o cümlədən buğda sahələrində 36,5 sentner, arpa sahələrində isə 30,7 sentnerdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]