Beyləqanda çiyid səpininə başlanılıb
Beyləqan, 13 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Beyləqan rayonunda fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə başlayıblar. Beyləqan pambıqçıları artıq qısa vaxtda 700 hektardan çox sahədə səpin həyata keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beyləqanlı fermerlər cari ilin məhsulu üçün "MKT İstehsalat Kommersiya” MMC, "Azərpambıq” MMC və “P-Agro” MMC ilə 8568,3 hektar sahədə pambıq əkilməsi üçün müqavilə bağlayıblar. Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxlanılıb. Sahələr optimal müddətdə şumlanıb, təmizlənib, suvarma suyu və mineral gübrələrlə təmin olunub, malalanıb.
Hazırda sahələrdə çiyid səpini davam edir. Traktorlar, səpin aqreqatları və digər texniki vasitələr səpin işlərinə səfərbər olunub. Səpinin 10-15 gün müddətində başa çatdırılacağı planlaşdırılır.
Qeyd edək ki, 2020-ci ildə Beyləqan rayonunda 8743,7 hektar sahədə pambıq əkilib, 31049,4 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 35,51 sentner olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Çovğun müşahidə edilir
- [13:25]
Azərbaycanda mövsümi qrip
- [11:30]
Yussuf En-Nesiri “Əl-İttihad”da
- [10:38]