Beyləqanda mağazadan və evdən oğurluq edən şəxs tutulub
Bakı, 17 iyun, AZƏRTAC
Beyləqan rayonu ərazisindəki mağazadan və evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir mağazadan 900 manat məbləğində pul və geyim əşyaları, bir evdən isə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Təzəkənd kənd sakini A.Məmmədzadə tutulub. Aparılmış tədbirlərlə onun Bolsulu kəndindəki evlərdən birinin həyətindən 1320 manat dəyərində yonca toxumu oğurlaması da müəyyən edilib.
Faktla bağlı təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]