BEYNƏLXALQ BANKININ YENİ XİDMƏTİ
Azərbaycan Beynəlxalq Bankı (ABB) tezliklə yeni xidmət növü –müəssisələrin səhmlərinin alqı-satqısına dair əqdlərin ABB-nin Gəncə filialı vasitəsilə Bakı Fond Birjasında (BFB) qeydiyyata alınmasını təklif edəcəkdir. BFB-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Gəncə filialı ölkənin qərb və şimal-qərb bölgələrinə xidmət göstərəcəkdir. BFB mütəxəssisləri bu məqsədlə ölkənin ikinci sənaye şəhərində olmuş, belə bir prosesin texniki və hüquqi cəhətlərini ABB-nin Gəncə filialının nümayəndələri ilə birlikdə müzakirə etmişlər. Yaxın vaxtlarda qərb və şimal-qərb bölgələrindəki müəssisələri həmin xidmət növü ilə tanış etmək üçün onların mütəxəssislərinin iştirakı ilə böyük konfrans keçiriləcəkdir. layihə uğurla həyata keçirilərsə, o, Beynəlxalq Bankın digər filiallarında da gerçəkləşdiriləcək və bu xidmətdən başqa bölgələrdəki müəssisələrin səhmdarları da istifadə edə biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:53]
Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib
- 10.08.2026 [17:45]
Azərbaycanda daha bir aqropark yaradılıb
- 10.08.2026 [17:30]
İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb
- 10.08.2026 [17:24]
Yeddi ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb
- 10.08.2026 [17:19]
Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib
- 10.08.2026 [17:18]
Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
- 10.08.2026 [17:16]