BEYNƏLXALQ EKSPERTLƏRİN İŞTİRAKI İLƏ MƏŞĞƏLƏ-SEMİNAR KEÇİRİLMİŞDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, məşğələlərdə xarici ekspertlər “Milli insan hüquqları təsisatlarının təkmilləşdirilməsi”, “Xüsusi qayğıya ehtiyacı olan əhalinin, o cümlədən əlillərin hüquqlarının təmin edilməsi üzrə strategiyalar”, “İşgəncələrin və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarın qadağan edilməsi haqqında beynəlxalq standartlar”, “Avropa İnsan Hüquqları Konvensiyası və onun Azərbaycan hökuməti tərəfindən tətbiqi” və digər mövzularda məruzələr etmişlər.
Məşğələ-seminarların davam etdiyi günlərdə beynəlxalq ekspertlər Ombudsmanla birlikdə 1 saylı cəzaçəkmə müəssisəsinə baxış keçirmişlər. Sonra işçi qruplarında bu monitorinqin nəticələri müzakirə edilmiş, tövsiyələr verilmişdir.
İştirakçılar canlı diskussiya, fikir və təcrübə mübadiləsi aparmışlar. Ombudsman Aparatının əməkdaşlarına seminarın yekununa əsasən, R.Vallenberq adına İnsan Hüquqları və Humanitar Hüquq İnstitutunun sertifikatları təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]