Beynəlxalq Enerji Agentliyi 2050-ci ilədək sıfır karbon emissiyalarına dair yol xəritəsi hazırlayır
Bakı, 13 yanvar, AZƏRTAC
Beynəlxalq Enerji Agentliyi (IEA) enerji sektoru üçün 2050-ci ilədək xalis sıfır karbon emissiyalarına dair dünyanın ilk hərtərəfli yol xəritəsini hazırlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə IEA-nın icraçı direktoru Fatih Birol deyib.
O qeyd edib ki, yol xəritəsində enerji sektorunun Paris sazişinə uyğun necə dekarbonlaşdırıla biləcəyi təhlil olunacaq. Xalis sıfır karbon emissiyasına aparan yol xəritəsinin ölkələrin iqlim, enerji təhlükəsizliyi və əlçatanlıq hədəflərinə çatmaq üçün lazımi tədbirləri müəyyənləşdirməsinə və həyata keçirməsinə yardımçı olacaq.
F.Birol COVID-19 böhranı səbəbindən qlobal emissiyalarda 7 faiz azalma olduğunu söyləyib: “Hökumətlər lazımi tədbirləri görməsə, bu ildən başlayaraq atmosferə atılan qazlar yenidən artacaq və bu, iqlim dəyişikliyi və bərpaolunan enerji mövzusunda dünya üçün həlledici bir il olacaq”.
Qeyd edək ki, yol xəritəsi mayın 18-də yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]