BEYNƏLXALQ FESTİVALA HAZIRLIQ GEDİR
Bakı Şəhər Mədəniyyət İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycanda ilk dəfə olaraq keçiriləcək festivalda Qara dəniz sahili və GUÖAM ölkələrinin nümayəndələri iştirak edəcəklər. Festivala hazırlıq məqsədi ilə Bakı şəhər uşaq musiqi və incəsənət məktəbləri şagirdlərindən ibarət birləşmiş xor, rəqs kollektivləri, xalq çalğı alətləri orkestri yaradılmış və həmin kollektivlər bir sıra konsertlərdə, müsabiqələrdə, xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə çıxış edərək mükafatlara layiq görülmüşlər. Hazırda uşaq kamera orkestri yaradılması üçün tədbirlər görülür.
Bakı Şəhər İcra Hakimiyyətinin köməyi ilə beynəlxalq festivala hazırlıq tədbirləri görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]
Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]