BEYNƏLXALQ HEKAYƏ MÜSABİQƏSİ QALİBLƏRİNİN ADLARI AÇIQLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, böyük türk alimi, türk dilinin ilk lüğət tərtibatçısı Mahmud Kaşğarinin 1000 illik yubileyi ilə əlaqədar Beynəlxalq hekayə müsabiqəsinin qaliblərinin adı açıqlanmışdır.
Birinci yerə “Salam baca” hekayəsinin müəllifi Zakir Sadatlı, ikinci yerə ”Dirilmə” hekayəsinin müəllifi Fəxri Uğurlu, üçüncü yerə isə “Mənim tanımadığım Moskva” hekayəsinin müəllifi Eyvaz Zeynalov layiq görülmüşlər.
Ümumiyyətlə, müsabiqəyə 33 yazıçının 43 əsəri təqdim edilmişdir.
Müsabiqənin münsiflər heyətində təmsil olunan “Ulduz” jurnalının redaktoru, yazıçı Elçin Hüseynbəyli bildirmişdir ki, M.Kaşğarinin 1000 illik yubileyi münasibətilə Beynəlxalq hekayə müsabiqəsinin II mərhələsi də keçiriləcəkdir. Bu dəfə müsabiqəyə 24 yazıçının 30 əsəri təqdim ediləcəkdir. Bu mərhələnin qaliblərinin mükafatlandırılma mərasimi dekabrda Türkiyədə olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]