BEYNƏLXALQ KONFRANS ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Azərbaycan Mədəniyyət Nazirliyinin və YUNESKO-nun təşkilatçılığı ilə iyulun 9-da “Crescent Beach” mehmanxanasında “GUÖAM ölkələri: mədəni dəhliz” mövzusunda iki günlük beynəlxalq konfrans öz işinə başlamışdır. Konfransın iclaslarında “Mədəni əlaqələrdən uzunmüddətli mədəni əməkdaşlığa doğru”, “Maddi və qeyri-maddi mədəni irs bəşəriyyətin ümumi sərvəti kimi” və “Müxtəlif mədəni və dini ənənələrin milli və beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyəti” mövzularında məruzələr müzakirə ediləcəkdir. Konfransın plenar iclasında ölkəmizin xarici işlər naziri Vilayət Quliyev, mədəniyyət naziri Polad Bülbüloğlu və YUNESKO Katibliyinin mədəniyyət siyasəti və mədəniyyətlərarası dialoq şöbəsinin əməkdaşı Bernar Jako iştirakçıları salamlamış və konfransa öz işində uğurlar arzulamışlar. İclasda Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev və Gürcüstan mədəniyyət nazirinin müavini Zurab Oikaşvili məruzə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]