Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Mətbuat Mərkəzində “Erməni zindanında səkkiz gün” kitabının təqdimatı olub

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-də Beynəlxalq Mətbuat Mərkəzində Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabın rus dilində versiyası Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” kampaniyasının rəhbəri Leyla Əliyevanın dəstəyi ilə nəşr olunub və Moskvada təqdimatı keçirilib. Türk dilində versiyası isə “İnsan Haqları və Azadlıqları İnsani Yardım Fondu” (IHH) təşkilatı tərəfindən qardaş Türkiyədə nəşr edilib və geniş təqdimatı olub. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİB) və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB), “TransEvroKom” telekommunikasiya şirkəti, iş adamları Vüqar Abbasov və Nəcəməddin Taşbağın dəstəyi ilə kitabın Azərbaycan dili versiyasının nəşri və təqdimat mərasimi təşkil olunub.

Tədbirdə Milli Məclisin deputatları, dövlət və ictimai sektor təmsilçiləri, Xocalı sakinləri, QHT və KİV nümayəndələri, gənc yazarlar və başqaları iştirak ediblər.

Təqdimat mərasimini giriş sözü ilə açan Milli Məclisin deputatı, ABAİB-in prezidenti Qənirə Paşayeva Dürdanə Ağayevanın kitabını Xocalı soyqırımına ədalətli cavab arayışı istiqamətində görülən məqsədyönlü işlərdən biri kimi qiymətləndirib. Deputat qeyd edib ki, soyqırımı gecəsi erməni vandalları tərəfindən 366-cı motoatıcı alayın bilavasitə hərbi-texniki dəstəyi ilə dinc əhaliyə qarşı baş vermiş amansızlığın bir şahidin dilindən çatdırılması təsirlidir. Bununla belə, kitab yalnız bir Azərbaycan qadınının harayı deyil, bütün əsirlikdə olan qadınların harayıdır. Kitabın müəllifi Dürdanə xanıma cəsarəti üçün təşəkkürünü bildirən Qənirə Paşayeva deyib: “Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva başda olmaqla, ədalətin təntənəsi üçün beynəlxalq miqyasda önəmli tədbirlər təşkil edilir. “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının ayrı-ayrı ölkələrdəki nümayəndələri faciənin tərəqqipərvər insanlar arasında yayılması məqsədilə ardıcıl layihələr həyata keçirir. Dürdanə xanımın qələmə aldığı əsər də Xocalının haqq səsinin çatdırılmasında özünəməxsus bir addımdır. Bu kitabla bağlı ziyalıların, Xocalı sakinlərinin fikir və təkliflərini Dürdanə xanıma çatdırması xahiş olunur. Çünki bir neçə gün sonra kitabın daha böyük tirajla çap olunaraq universitetlərimizə, kitabxanalarımıza, məktəblərimizə, Gənclər mərkəzlərimizə paylanması nəzərdə tutulub. İnanırıq ki, gənclərimizin tariximizi daha dərindən öyrənməsinə bu kitab da bir vəsilə olacaq.

Mən bir deputat, bir Azərbaycan vətəndaşı olaraq, “Erməni zindanında səkkiz gün” kitabının araya-ərsəyə gəlməsində əməyi olan bütün qardaş-bacılarıma, könül dostlarına təşəkkür edir, ehtiramımı yetirirəm. Ümidvaram ki, bu kitabın başqa dillərə də tərcümə edilib, nəşr olunması Xocalı həqiqətlərinin dünyaya yayılması işinin xeyrinə olacaq. Nəsib olsun, növbəti təqdimatları Dürdanə xanımın doğma yurdu Xocalıda keçirək”.

Sonra Milli Məclisin deputatları Adil Əliyev, Aqil Abbas, Flora Qasımova, Aydın Hüseynov, Sahib Alıyev, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması”nın sədri Tural Gəncəliyev, professor Elçin Əhmədov, Azərbaycan Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, “TransEvroKom” telekommunikasiya şirkətinin direktoru Qismət İbrahimov, RHİMİB-in sədri Arzu Bağırova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və Xocalıdan olan ziyalılar çıxış edib. Çıxışlarda bildirilib ki, Dürdanə Ağayevanın əsirlikdə yaşadığı dəhşətlərdən bəhs edən kitabının nəşrində məqsəd bütün tərəqqipərvər insanların, konstruktiv mövqeli qurum və quruluşların erməni vəhşiliklərindən, erməni yalanlarından agah olmasına, ədalətsizliyə qarşı mübarizəyə töhfə verməkdir.

Vurğulanıb ki, düşmən təbliğatına qarşı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ilbəil genişlənir. Soyqırımın canlı şahidi Dürdanə xanımın öz xatirələrini qələmə alması bu kampaniyaya böyük dəstəkdir. Kitabda Xocalı soyqırımı zamanı Azərbaycan qızının, qadınının, ümumən bir insanın başına gətirilən dəhşətlərdən faktlarla bəhs edən əsər ermənilərin iç üzünü, qəsbkarlığını, qəddarlığını bir daha açıb göstərir. Kitab bu gün olduğu kimi, gələcəkdə də Xocalıda günahsız azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktını duyuracaq ki, insanlıq bir daha belə faciələr yaşamasın. Çıxışlarda “Erməni zindanında səkkiz gün” kitabının Xocalı soyqırımının unudulmaması, yenidən yaşanmaması məqsədilə həyata keçirilən önəmli layihələrdən biri olduğu qeyd edilib.

Belə bir ortaq fikir səsləndirilib ki, azərbaycanlıların Ermənistan silahlı qüvvələrinin, onların havadarlarının amansızlığına məruz qalmasını 27 ilə sığışdırmaq olmaz. Soyqırımı siyasəti on illər əvvəlin zəhərli beyin məhsulu olub, ötən yüzillik boyunca və təəssüf ki, yeni yüzillikdə də bitməyən bir bəşəri problemdir, “erməni xəstəliyi”, “erməni sindromu”dur. Cinayətkarların cəzasız qalmaması üçün hər bir azərbaycanlı daha da çox çalışmalı, Ali Baş Komandanın ətrafında daha sıx birləşməli, “Xocalıya ədalət!” kampaniyasına daha çox dəstək verməlidir. Bu istiqamətdə yeni kitabların yazılmasına, filmlərin çəkilməsinə və xarici ölkələrdə onların təbliğat və təqdimatlarının genişlənməsinə böyük ehtiyac var. İş adamlarımız da bu istiqamətdə daha çox dəstək verməyə çağırılıb.

Heydər Əliyev Fondunun əməkdaşı Cavid Məmmədzadə çıxış edərək “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər, əldə olunan nəticələr, Fondun xarici ölkələrdə həyata keçirdiyi önəmli layihələr barədə məlumat verib və bildirib ki, Xocalı soyqırımı həqiqətlərinin bütün dünyada geniş yayılmasına, tanıdılmasına nail olunması istiqamətində işlər daha intensiv xarakter alıb. O, Xocalı soyqırımının şahidləri tərəfindən yazılan bu cür kitabların əhəmiyyətini xüsusi vurğulayaraq, belə nəşrlərin artmasının vacibliyini qeyd edib.

Sonda kitabın müəllifi Dürdanə Ağayeva çıxış edərək ürək sözlərini bölüşüb, həmyerlilərini, soyqırımı dəhşətlərini yaşayanları acı da olsa, öz xatirələrini qələmə almağa çağırıb. Müəllif bildirib ki, şəxsən onu bu acı hekayətlərlə dolu kitabı yazmağa vadar edən işğalçı Ermənistan tərəfindən törədilən bu dəhşətli cinayətləri dünya ictimaiyyətinə çatdırmaq, ermənilərin iç üzünü dünyaya daha geniş duyurmaq istəyidir. Eyni zamanda, böyüyən nəsillərin o günləri heç bir zaman unutmamasına çağırışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...