Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Şuşa şəhərində səfərdədirlər
Şuşa, 20 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Müharibə Cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ermənistanın işğalından azad olunmuş Şuşa şəhərində səfərdədirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qış məktəbinin iştirakçıları Şuşada Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin Məqbərəsi, Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, Qazançı kilsəsi, Şuşa qalası və Cıdır düzü ilə tanış olacaqlar.