Beynəlxalq simpoziumda Azərbaycan İlahiyyat İnstitutunun müəlliminin məruzəsi dinlənilib
Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimi, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov Ankara Yıldırım Beyazıt Universitetinin təşkilatçılığı ilə keçirilən “XIV-XV əsrlər İslam düşüncəsində fəlsəfə, kəlam və təsəvvüf” beynəlxalq simpoziumunda iştirak edib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, “ZOOM” proqramı üzərindən onlayn formada təşkil olunmuş simpoziumda Anar Qafarov “Əxlaqın mənbəyi problemi: Cəlaləddin Dəvvani aspektindən təhlil” mövzusunda elmi-fəlsəfi məruzə ilə çıxış edib.
A.Qafarov əxlaqın mənbəyi probleminin fəlsəfi və teoloji müstəvidə müzakirə obyektinə çevrilməsinin günümüzün etik problemləri müstəvisində əhəmiyyətini əsaslandırmağa çalışıb. Həmçinin dahi İslam alimi, filosof Cəlaləddin Dəvvaninin kosmoloji anlayışına əsaslanaraq Tanrı, insan, nəfs, ruh və ağıl konsepsiyaları müstəvisində əxlaqın metafizik, psixoloji və epistemoloji mənbəyini müzakirə obyektinə çevirib. O, Dəvvaniyə görə əxlaqi müddəaların psixoloji və epistemoloji mənbəyinin insan, metafizik mənbəyinin isə Tanrı olması tezisini irəli sürüb. Simpozium iştirakçıları tərəfindən maraqla qarşılanan məruzə ətrafında müzakirələr aparılıb.
Daha sonra simpozium müxtəlif ölkələrin universitetlərini təmsil edən alimlərin məruzələri ilə öz işini davam etdirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]