BEYNƏLXALQ VALYUTA FONDU ÖZBƏKİSTANDA İQTİSADİ İSLAHATLARIN APARILMASINI TƏLƏB EDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti Özbəkistanda səfərdədir. Onlar Özbəkistan hökumətinin müxtəlif səviyyəli üzvləri ilə görüşlər keçirmişlər. Nümayəndə heyətinin başçısı Erike de Vrayer jurnalistlərlə görüşündə bildirmişdir ki, Özbəkistan bazar iqtisadiyyatına keçidi tezləşdirməli, çevik pul-kredit və vergi-büdcə siyasəti aparmalıdır. Ölkə iqtisadiyyatını dirçəltmək üçün işgüzar iqlim sağlamlaşdırılmalı, dövlətin iqtisadiyyata təsir imkanları azaldılmalıdır. Ticarəti liberallaşdırılmalı (o cümlədən qonşu dövlətlərlə), bank sektorunda, kənd təsərrüfatı və energetika sahələrində islahatlara başlanılmalı, məvacib və təqaüdlərin vaxtında verilməsi təmin edilməlidir.
E.Vrayerin sözlərinə görə, Özbəkistan Ümumdünya Ticarət Təşkilatına üzv olmağı qarşısına məqsəd qoymuşdur. Bu islahatlar aparılmadan ÜTT-yə üzv olmaq mümkün deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]