BİLİK YARIŞININ QALİBLƏRİ
Mingəçevirdəki 3 nömrəli orta məktəbin üç müəllimi Təhsil və Dilin Öyrənilməsi üzrə Amerika Əməkdaşlıq Şurasının (ASSELSİN) “Tədrisdə yüksək nəticə” proqramına dair müsabiqənin qalibi olmuşdur. Müəllimlərə mükafat olaraq 10 milyon manat dəyərində kompüter dəstləri verilmiş, onlar isə bu hədiyyəni məktəbə bağışlamışlar.
Beynəlxalq Açıq Cəmiyyət İnstitutu yardım fondunun “Təhsil mübadiləsi” prodramında bir məktəbli müsabiqədən uğurla keçərək, təhsilini Amerika Birləşmiş Ştatlarında davam etdirmək hüququ qazanmışdır. 5 şagird isə “XXI əsrdə Azərbaycanı necə görürəm?” respublika inşa müsabiqəsində və fənn olimpiadalarında ən yüksək nəticə əldə etmişdir.
Avarçəkmə üzrə ilk dəfə keçirilən Azərbaycan birinciliyində isə Mingəçevir məktəbliləri 8 fəxri yerdən 7-ni tutmuşlar.
Bilik və idman yarışlarının qalib gələn müəllim və şagirdlərlə şəhər ictimaiyyəti nümayəndələrinin görüşündə onlara fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [12:12]
“Məktəb, elm və ədəbiyyat” layihəsi uşaqlarda mütaliə sevgisini gücləndirir
- 04.06.2026 [11:20]
Dövlət qulluğu imtahanlarında iştirak edəcək namizədlərin sayı açıqlanıb
- 04.06.2026 [11:10]
BDU-nun Astrofizika kafedrası: Bu gün geomaqnit qasırğası başlayır
- 04.06.2026 [10:18]
Doktorantura və fəlsəfə doktoru imtahanlarının qrafiki müəyyənləşib
- 04.06.2026 [00:15]
BDU “Bakı Enerji Həftəsi” çərçivəsində innovativ layihə ilə təmsil olunub
- 03.06.2026 [22:24]
Bakıda “Əmir Əlişir Nəvainin irfani dünyası” monoqrafiyası işıq üzü görüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:16]
Xəzərdə zəlzələ olub
- [07:20]
Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib
- 03.06.2026 [23:57]
ABŞ Prezidenti Ankarada NATO sammitində iştirak edəcək
- 03.06.2026 [23:46]