Bill Qeyts koronavirus pandemiyasının yaxın zamanlarda başa çatacağını düşünür
Bakı, 18 noyabr, AZƏRTAC
“Microsoft” kompaniyasının qurucusu Bill Qeyts artıq gələn ilin ortalarında koronavirusun daha az təhlükəli olacağını proqnozlaşdırır.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Bill Qeyts Maykl Blumberqin Yeni İqtisadi Forumdakı çıxışı zamanı pandemiyanın mümkün ssenarisi barədə danışıb.
“Təbii və peyvənd immuniteti, həmçinin anticisimlərlə heç vaxt əldə olunmayan immunitet miqyasını təmin edəcək yeni içmə dərmanlar ölümlərin və ağırlaşmaların səviyyəsini aşağı salmalıdır”, - deyən sahibkar bunun yeni ştamlar peyda olmayacağı təqdirdə mümkün olacağını əlavə edib.
Bill Qeytsin fikrincə, peyvənd çatışmazlığı ilə bağlı bütün çətinliklər gələn ilə qədər həll olunacaq və yalnız logistika və tələbatın yaratdığı məhdudiyyətlər qalacaq. O, həmçinin “Merck” kompaniyasının hazırladığı virus əleyhinə içmə dərmanların qiymətinin xeyli aşağı - 8 dollardan ucuz olacağını vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]