Biologiya, aqrar və tibb elmləri üzrə problem şurası: 3 dissertasiya işi geri qaytarılıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının 12 saylı iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. Bildirilib ki, iclasda problem şurasının işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər. İclasda tibb üzrə 8 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva tərəfindən təqdim edilib. Müzakirəyə çıxarılmış bəzi mövzuların adında dəyişikliklər edilməklə 5 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, 3 iş yenidən müzakirə üçün geri qaytarılıb.