Biologiya fənnindən beynəlxalq olimpiadalara hazırlıq dərslərinə seçmə imtahanı təşkil ediləcək
Bakı, 29 sentyabr, AZƏRTAC
Oktyabrın 5-də Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində biologiya fənni üçün yuxarı yaş qrupu üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə seçmə imtahanı təşkil ediləcək.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, seçmə imtahanına ötən tədris ilində respublika fənn olimpiadasında biologiya üzrə qalib olan və finalda iştirak etmiş 8, 9 və 10-cu sinif şagirdləri (cari tədris ilində 9, 10 və 11-ci sinifdə təhsil alan şagirdlər) dəvət olunurlar.
İmtahan saat 11:00-da başlanır, şagirdlər 10:30-dan gec olmayaraq imtahan mərkəzində olmalıdırlar.
Şagirdlər imtahana gələrkən özləri ilə şəxsiyyət vəsiqəsi və kalkulyator gətirməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:18]
® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit
- 02.10.2026 [13:09]
Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub
- 02.10.2026 [13:01]
ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub
- 02.10.2026 [12:43]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi
- 02.10.2026 [12:22]